Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İran səfiri: Naxçıvan bu gün sosial-iqtisadi baxımdan çox sürətlə inkişaf edir

İran səfiri: Naxçıvan bu gün sosial-iqtisadi baxımdan çox sürətlə inkişaf edir

Naxçıvan, 15 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində noyabrın 14-də muxtar respublikanın mədəniyyət və istehsal müəssisələri ilə tanış olub. Cavad Cahangirzadə Naxçıvana səfəri ilə bağlı AZƏRTAC-a müsahibə verib.

Naxçıvan Muxtar Respublikasına səfərinin tanışlıq məqsədi daşıdığını bildirən səfir deyib:

– Regionun iki mühüm dövləti olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər gündən-günə möhkəmlənir, əlaqələrimiz genişlənir. Təsadüfi deyil ki, üç il ərzində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında yeddi görüş keçirilib. Ölkə rəhbərlərinin mütəmadi görüşləri, qarşılıqlı, faydalı müzakirələr aparmaları dünyada və regionda nadir hallarda rast gəlinən hadisələrdəndir. Ona görə də əminliklə deyə bilərik ki, bizim siyasi, iqtisadi əlaqələrimiz xeyli inkişaf edib.

– Hörmətli səfir, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud əlaqələri, eyni zamanda, bu əlaqələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının rolunu necə qiymətləndirirsiniz?

– İranla Azərbaycan arasında bütün sahələrdə yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Biz diplomatların vəzifəsi də bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməkdir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox gözəl guşələrindən biridir. Naxçıvan həm də böyük ədəbiyyat, mədəniyyət, siyasət xadimlərinin vətənidir. Odur ki, bu gözəl diyarı görmək, muxtar respublika ilə tanış olmaq mənim üçün şərəfdir. Burada yüksək səviyyəli görüşlər keçirdim. Həmin görüşlərdə müsbət nəticələr əldə etdik.

İran ilə Azərbaycan bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq edirlər. Hər iki ölkənin dəmir yollarını birləşdirəcək layihənin həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək. Bundan başqa, həmin dəmir yolu xətti həm də Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Çin, Hindistan kimi ölkələr istehsal etdiyi məhsulları əlverişli yolla Avropaya çatdıra biləcəklər. Əks istiqamətə də yüklərin daşınması həyata keçiriləcək. Bu layihə Azərbaycanın və İranın iqtisadiyyatının inkişafı baxımından da əhəmiyyətlidir.

Səfər zamanı muxtar respublikanın Ordubad rayonunda da oldum. Ordubad barədə çoxdan eşitmişdim. Bu rayon bölgənin məşhur diyarlarından biridir. Ordubad rayonu və Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq məndə xoş təəssürat yaratdı.

Həmçinin gömrük-keçid məntəqələrinin fəaliyyəti ilə maraqlandım. Bu məntəqələr hər iki tərəfə gəliş-gedişlərin artmasına, iqtisadi münasibətlərin genişlənməsinə, turizmin inkişafına rəvac verir. Onu da qeyd edim ki, təxminən bir ay sonra Naxçıvan-Məşhəd dəmir yolu xətti fəaliyyətə başlayacaq. Bu istiqamətdə artıq işlər tamamlanmaq üzrədir. Dəmir yolu istifadəyə verildikdən sonra naxçıvanlılar rahat şəkildə Məşhədə ziyarətə gedə biləcəklər. İranlılar da qatar vasitəsilə muxtar respublikaya gələcəklər. Naxçıvan-Məşhəd dəmir yolu xəttinin fəaliyyətə başlaması gediş-gəlişin artmasına səbəb olacaq.

Bu gün Araz çayı sahilində Ordubad Su Elektrik Stansiyası tikilir. Gələcəkdə həmin stansiya Naxçıvana çox böyük fayda verəcək. Çünki muxtar respublikada istehsal müəssisələrinin sayı hər gün artır. Bu isə, öz növbəsində, enerjiyə olan tələbatı da artırır. Həmin stansiyanın tikintisi prezidentlərimizin razılığı ilə aparılır. İşlərin davam etdirilməsi üçün heç bir problem yoxdur.

– Naxçıvanla bağlı təəssüratlarınız barədə nə deyə bilərsiniz?

– Muxtar respublikadan çox xoş təəssüratlarla ayrılıram. Naxçıvanın gözəl gəzməli və görməli yerləri var. Muxtar respublika bu gün sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir. Ən əsası isə bu inkişaf davamlı xarakter alıb. Muxtar respublikanın şəhərləri ilə yanaşı, kəndləri də abadlaşıb. Arzu edirəm ki, Naxçıvan bundan sonra da sürətlə inkişaf etsin.

Mən Naxçıvan Biznes Mərkəzində olarkən muxtar respublikada istehsal edilmiş yüzlərlə çeşiddə məhsulun sərgiləndiyini gördüm. Sevindirici haldır ki, muxtar respublikada bir çox sahələr üzrə məhsul istehsal olunur. 366 növdə məhsulun istehsalı çox böyük uğurdur. Naxçıvanda çoxsaylı istehsal müəssisələrinin yaradılması da müsbət haldır. Arzum budur ki, daha böyük nailiyyətlər əldə edəsiniz.

Azərbaycanlı bacı və qardaşlarıma sülh, əmin-amanlıq, firavan həyat arzulayıram. İran xalqı həmişə Azərbaycanın inkişaf etməsini, sülh şəraitində yaşamasını istəyir. Azərbaycan və İran birlikdə yeni-yeni uğurlar qazanacaqlar.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub