CƏMİYYƏT
İran vətəndaşının üzərində narkotik vasitə aşkarlanıb
Bakı, 8 may, AZƏRTAC
İran vətəndaşının üzərindən tapılan narkotik vasitə müsadirə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin vətəndaşın pencəyinin cibində sellofan paketdə 16 ədəd metadon adlı həb, corabının içərisində isə bir ədəd bükümdə, xalis çəkisi 9,715 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir və aşkarlanan 16 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]