DÜNYA


İran xalqı prezidentini seçir

Tehran, 19 may AZƏRTC

Bu gün yerli vaxtla saat 8:00-da İranda prezident seçkiləri başlayıb. İran Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ölkə ərazisində 64 min seçki məntəqəsi təşkil edilib.

Prezident seçkilərində 6 namizəd qeydə alınsa da, onlardan üçü namizədliyini geri götürüb. Mübarizəni hazırkı Prezident Həsən Ruhani, İranın keçmiş Baş prokuroru İbrahim Rəisi və keçmiş mədəniyyət və islam irşad naziri Mustafa Mirsəlimi davam etdirirlər. Əsas mübarizənin H.Ruhani ilə İ.Rəisi arasında gedəcəyi gözlənilir.

İran qanunlarına görə, səslərin 50 faizdən çoxunu toplayan namizəd prezident seçiləcək. Əgər namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, o zaman seçkilərin ikinci turu keçiriləcək.

Səhər saatlarında namizədlərdən Həsən Ruhani qeydiyyatda olduğu məntəqəyə gələrək səs verib.

Səsvermədə əhalinin fəallığı müşahidə edilir. Hələlik heç bir insident qeydə alınmayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.