MƏDƏNİYYƏT


İranda “Aşıq Abbas Tufarqanlı” beynəlxalq festivalı keçiriləcək

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Tehranda İran Aşıqlar Birliyinin mərkəzində “Aşıq Abbas Tufarqanlı” beynəlxalq festivalına hazırlıqla bağlı iclas keçirilib.

AZƏRTAC "TRT-Azərbaycan"a istinadən xəbər verir ki, tədbirdə festivala hazırlıqla bağlı mütəxəssislərin təklif və tövsiyələri dinlənilib, fikir mübadiləsi aparılıb.

İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi hazırlıq prosesi başa çatandan sonra festivalın dəqiq tarixinin elan ediləcəyini bildirib.

Qeyd edək ki, Aşıq Abbas Tufarqanlı İranın Şərqi Azərbaycan əyalətinin Tufarqan, yəni indiki Azərşəhr bölgəsində anadan olub. Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Azərbaycan torpağında yaşayıb-yaratmış görkəmli şair-aşıqlardandır. Onun adı ilə bağlı olan "Abbas və Gülgəz" dastanı Azərbaycan folklorunun qiymətli örnəklərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.