DÜNYA


İranda ilk dəfə "MasterCard"ın plastik kartlarından istifadə olunacaq

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 23-dən "MasterCard" beynəlxalq ödəniş sisteminin plastik kartları ilk dəfə İran bazarına çıxacaq.

AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, bu barədə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi məlumat verib.

"Bu məqsədlə "İran Post" və "MasterCard" arasında saziş imzalanıb. Avqustun 23-dən "Iran Post"un 155 poçt şöbəsində "Mastercard"ın kredit və debet kartları dövriyyəyə buraxılacaq ki, bu da ölkə sakinlərinə xaricdə səyahət zamanı ödənişlər etməyə imkan verəcək. Bir kartın balansına 10 min ABŞ dollarından çox pul yükləmək mümkün olmayacaq və bütün bank əməliyyatları İran Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun aparılacaq", - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.