DÜNYA


İranda keçiriləcək prezident seçkiləri zamanı təhlükəsizliyi 260 min zabit təmin edəcək

Tehran, 13 may AZƏRTAC

Mayın 19-da İranda keçiriləcək prezident seçkilərində təhlükəsizliyin təmin olunmasına 260 min zabit cəlb ediləcək.

Bu barədə məlumat verən İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari onu da bildirib ki, təhlükəsizliyin təmin olunmasında polis ilə yanaşı, İnqilab qvardiyasının da zabitləri iştirak edəcəklər.

Xatırladaq ki, mayın 19-da İranda növbəti prezident seçkiləri keçiriləcək. Beynəlxalq aləmdə və Yaxın Şərqdə baş verən gərgin siyasi proseslər fonunda bu ölkədəki prezident seçkiləri xüsusi maraq doğurur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.