DÜNYA


İranda keçiriləcək prezident seçkilərini beynəlxalq müşahidəçi izləməyəcək

Tehran, 17 may, AZƏRTAC

İranda keçiriləcək prezident seçkilərini xarici müşahidəçilərin izləməsinə ehtiyac yoxdur.

Bu fikri İranın Konstitusiyaya Nəzarət Şurasının rəsmi nümayəndəsi Abbasəli Kədxudayi bu gün keçirdiyi mətbuat konfransında deyib.

A.Kədxudayi əcnəbi müşahidəçilərin seçkiləri izləməsinə dair suala cavabında qeyd edib ki, beynəlxalq qurumlar və digər ölkələr tərəfindən seçkilərin müşahidəsini aparmaq razılaşma yolu ilə həyata keçirilir. Adətən belə hallar o ölkələrdə olur ki, həmin ölkələrdə problemlər yaşanır. İranda seçkilər xalq tərəfindən keçirilir. Əcnəbilərin bu seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur. Baxmayaraq ki, bizim bundan çəkinəcəyimiz də yoxdur.

Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.