DÜNYA


İranda narkotik maddələrin satışına görə ölüm hökmü ləğv edilir

A+ A

Tehran, 23 noyabr, AZƏRTAC

İran İslam Şurası Məclisi (parlament) narkotik maddələrin satışına görə tətbiq edilən ölüm hökmünün uzunmüddətli həbslə əvəz edilməsi haqqında qanunu qəbul edib.

Yerli mətbuatın məlumatına görə, yeni qanunun qəbulundan sonra məhkəmələr həbs edilən narkotik tacirlərini asılmaqla deyil, 30 il müddətə azadlıqdan məhrum etməklə cəzalandıracaqlar.

Xatırladaq ki, ölüm hökmünün mövcudluğuna baxmayaraq narkotik maddələrin ticarəti ilə məşğul olanlara qarşı aparılan mübarizə o qədər də effektli olmayıb. Hər il minlərlə narkotik alverçisinin tutularaq asılmasına baxmayaraq bu ticarətlə məşğul olanlar azalmayıb. Lakin narkotik alverçilərinin asılması insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatların etirazına səbəb olur. Onlar bu cinayətə görə ölüm hökmünə məhkum olunmanı əsas tutaraq İranda insan hüquqlarının pozulduğunu iddia edirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.