DÜNYA


İranda prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısı müəyyənləşib

Tehran, 20 aprel AZƏRTC

Aprelin 20-də İranın Konstitusiyaya Nəzarət Şurası mayın 19-da keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlərin siyahısını müəyyənləşdirib.

İranın Daxili İşlər Nazirliyində yaradılmış Mərkəzi Seçki Qərargahında qeydə alınan 1600-dən çox namizəddən siyahıda yalnız 6 nəfərin adı saxlanılıb.

Beləliklə, Həsən Ruhaninin, İshaq Cahangirinin, Məhəmməd Bağır Qalibafın, Haşemi Təbanın, İbrahim Rəisinin, Miri Səliminin namizədlikləri təsdiqlənib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.