DÜNYA


İranda prezident seçkilərinin ilkin nəticələri: Həsən Ruhani liderliyini qoruyur

Tehran, 20 may, AZƏRTAC

Ötən gün İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

İranın Daxili İşlər Nazirliyində yaradılmış Mərkəzi Seçki Qərargahının rəhbəri Əliəsgər Əhmədinin verdiyi məlumata görə, indiyədək 38 milyon 914 min 470 bülleten sayılıb. Seçicilərin 22 milyon 796 min 468-i Həsən Ruhaniyə, 15 milyon 452 min 194-ü İbrahim Rəisiyə, 455 min 211-i Mustafa Mirsəlimə, 210 min 597-si isə Haşimi Təbayə səs verib.

Ə.Əhmədi bu nəticənin son olmadığını, bülletenlərin sayılması prosesinin davam etdiyini nəzərə çatdırıb.

Müşahidəçilərin proqnozu özünü doğruldub. İlkin nəticələrdən aydın olur ki, əsas mübarizə H. Ruhani ilə İ. Rəisi arasında gedib.

Prezident seçkilərinin yekun nəticəsi bülletenlər tam sayılıb qurtarandan sonra açıqlanacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.