DÜNYA


İranda prezidentliyə daha bir namizəd mübarizəni dayandırıb

Tehran, 17 may, AZƏRTAC

İranda keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınmış sabiq vitse-prezident Mustafa Haşimi Təba mübarizəni yarıda dayandırıb. O, bəyanatla çıxış edərək prezidentliyə digər namizəd Həsən Ruhaninin xeyrinə öz namizədliyini geri götürdüyünü bildirib. Qeyd edib ki, Həsən Ruhani ölkəni iqtisadi böhrandan çıxarmağa qadirdir. Keçmiş vitse-prezident öz tərəfdarlarını H.Ruhanini dəstəkləməyə çağırıb.

Beləliklə, İranda prezidentliyə namizədlərin sayı 6-dan 3-ə enib.

Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.