DÜNYA


İranda qatar qəzası nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

İranın Semnan əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl hadisə yerində xilasetmə əməliyyatları başa çatıb. Yanmış qatarlardan həlak olmuş bütün insanların cəsədləri çıxarılıb. Xəsarət alan 82 nəfərdən 17-si xəstəxanalara yerləşdirilib.

Xatırladaq ki, qəza bu gün səhər İmamşəhr şəhərindəki dəmir yolu stansiyasında baş verib. Hələlik məlum olmayan səbəbdən stansiyadan 5 kilometr aralıda dayanmış qatara digər sərnişin qatarı çırpılıb. Toqquşma nəticəsində dörd vaqon relsdən çıxıb, ikisi isə yanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.