DÜNYA


İranda terror qruplaşması zərərsizləşdirilib

Tehran, 21 iyul AZƏRTAC

İran İslam Respublikasının şərq əyalətlərindəki şəhərlərdə keçirilmiş xüsusi əməliyyat nəticəsində 40 terrorçu yaxalanıb.

Bu barədə məlumat verən İranın daxili işlər naziri Əbdülrza Rəhman-Fəzli qeyd edib ki, yaxalananlar şərq əyalətlərindəki şəhərlərdə binaların zirzəmisində qazıntı apararaq partlayıcı maddələr yerləşdiriblər.

Xatırladaq ki, son bir il ərzində İranda 20-dən çox terror aktının qarşısı alınıb. Ölkə rəsmiləri bildiriblər ki, İrandakı sabitliyi pozmaq istəyən qüvvələr var. Bu qüvvələrin cəhdlərinın qarşısı alınacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.