DÜNYA


İranda tibbi helikopter qəzaya uğrayıb

A+ A

Bakı, 26 mart, AZƏRTAC

İranın cənubunda yerləşən Şiraz şəhəri yaxınlığında tibbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

AZƏRTAC “figaro.fr” saytına istinadla xəbər verir ki, həlak olanlardan 5-i ekipaj üzvü, 2-si tibb işçisi, 1-i xəstə, 1-i isə müşayiətçidir.

Hadisənin başvermə səbəbləri dəqiq məlum olmasa da, bəzi media orqanları helikopterin yüksəkgərginlikli elektrik xətti ilə toqquşduğu qənaətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.