CƏMİYYƏT


İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb

Bakı, 27 iyul, AZƏRTAC

Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində “Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızı İrandan Azərbaycana qayıdarkən saxlanılaraq, əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkarlanaraq götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi, Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.