CƏMİYYƏT


İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

Bakı, 30 iyun, AZƏRTAC

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı onun gödəkçəsinin cibinin astarında xalis çəkisi 0,181 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.