CƏMİYYƏT


İrandan Azərbaycana narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 1,380 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.