CƏMİYYƏT


İrandan gələn avtobusda narkotik vasitə tapılıb

Bakı, 13 may, AZƏRTAC

Xidməti itin reaksiyasına əsasən aparılan yoxlama nəticəsində avtobusda gizlədilən narkotik vasitə tapılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun salonunda, sürücü oturacağının arxasından 3-cü sırada olan oturacaqların ətrafı əsaslı yoxlanılıb. Nəticədə, həmin sərnişin oturacaqlarından birinin avtobusun yan divarına tərəf hissəsində bir büküm, xalis çəkisi 8,72 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.