CƏMİYYƏT


İrandan narkotik vasitə gətirən, Azərbaycandan isə qızıl aparmaq istəyən şəxslər saxlanılıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Astara Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri keçiriblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanından narkotik vasitələr - xalis çəkisi 45,719 qram olan heroin və 5 ədəd həb şəklində olmaqla, təsiredici maddəsinin ümumi çəkisi 0,1 qram təşkil edən "Metadone" aşkar olunub.

Astara Gömrük İdarəsinin əməkdaşları digər əməliyyat məlumatı əsasında, Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama apararkən isə həmin şəxsin gömrük nəzarətindən gizlətdiyi və ümumi çəkisi 618,880 qram olan qızıl-zinət əşyaları və 0,984 karat qiymətli daşlar aşkar ediblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.