DÜNYA


İranın Ali Rəhbəri: Heç bir terror hadisəsi İran xalqını öz yolundan döndərə bilməz

Tehran, 8 iyun, AZƏRTAC

İran xalqı terrorçulara, düşmənlərə qarşı daha da mübariz olaraq iradəsinin sarsılmasına imkan verməyəcək.

Bu sözləri İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei deyib.

Tələbələrlə görüşən Ali Rəhbər Tehranda törədilən terror hadisələrinə münasibət bildirərək qeyd edib: “İran dövlətini öz yolundan döndərməyə çalışanlar bilsinlər ki, xalqın iradəsinı qıra bilməzlər. Biz öz yolumuzu davam etdirəcəyik. İran xalqı inqilab edərək azadlıq qazanıb. İnqilabdan sonra İran dəfələrlə belə sınaqlara çəkilib və bütün sınaqlardan alnıaçıq çıxaraq yoluna davam edib”. Seyid Əli Xamenei terrora dəstək verənlərin layiqli cəzalarını alacağını nəzərə çatdırıb.

Xatırladaq ki, iyunun 7-də səhər saatlarında İran parlamentində və İslam İnqilabının banisi İmam Xomeyninin mavzoleyində törədilən terror aksiyaları nəticəsində 12 nəfər həlak olub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.