İQTİSADİYYAT


İranın “BAREZ” şirkəti Azərbaycanda öz məhsullarını satmaq niyyətindədir

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

İran İslam Respublikasının “BAREZ” şirkəti “İran–Project 2016” ikinci ixtisaslaşmış neft-qaz, əczaçılıq, inşaat, texnika və avtomobil sahəsi üzrə sərgidə traktor, avtomobil və yük maşınları üçün təkərlər nümayiş etdirir.

Şirkətin satış meneceri Abbas Hadizadə AZƏRTAC-a müsahibəsində 30 ildir ki, bu sahədə çalışdıqlarını deyib.

Sərgidə ilk dəfə iştirak etdiyini söyləyən A.Hadizadə Bakıya gəlməkdə əsas məqsədin Azərbaycanda öz məhsullarını satmaq və bu sahədə yerli şirkətlərlə əməkdaşlıq etməkdir.

Bildirilib ki, yalnız ötən il şirkət tərəfindən ümumilikdə 6 milyon ədəd təkər istehsal olunaraq satılıb. Bütün məhsullar beynəlxalq sertifikata layiq görülüb və 3 il zəmanət verilir.

Şirkət hazırda Türkiyə, Əfqanıstan, Pakistan, Küveyt, Sudan, Keniya və digər ölkələrə məhsul ixrac edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.