CƏMİYYƏT


İranın Daxili İşlər Nazirliyi Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlıqda maraqlıdır VİDEO

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 3-də İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən bəhs edib. O, son illər bu sahədə İranın müvafiq qurumları ilə əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasından məmnunluğunu ifadə edib. Nazir iki dost ölkənin əlaqədar qurumlarının rəhbərləri arasında keçirilən görüşlərin əməkdaşlığa yeni töhfələr verdiyini də vurğulayıb.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıqda maraqlıdır. O, əlavə edib ki, ikitərəfli əlaqələrin geniş potensialı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.