İQTİSADİYYAT


İranın “Mahan Air” aviaşirkəti Bakıya uçuşlara başlayır

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

İranın “Mahan Air” aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri “Airbus A310” layneri ilə yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” və “ATA Airlines” aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.