DÜNYA


İranın Məşhəd şəhərində terrorçu qrup zərərsizləşdirilib

Tehran, 7 iyul, AZƏRTC

İranın kəşfiyyat orqanları Məşhəd şəhərində 21 nəfərdən ibarət terrorçu qrupu zərərsizləşdirib.

Bu barədə məlumat verən Məşhəd şəhərinin prokuroru Həsən Heydəri jurnalistlərə bildirib ki, uzun müddət müşahidə altında olan bu şəxslər tez-tez Əfqanıstan və Pakistan sərhədlərini qanunsuz yollarla keçərək radikal terror qruplaşmaları ilə əlaqə saxlayırdılar.

Əfqanıstan və İran vətəndaşlarından ibarət olan terror qruplaşması İranın Xorasan vilayətində terror aktları həyata keçirməyi planlaşdırırdı.

İlkin dindirmədən sonra məlum olub ki, bu adamlar əvvəllər İranda törədilən terror aktlarında iştirak ediblər və İŞİD terrorçuları ilə əlaqədə olublar.

Prokuror istintaqın davam etdiyini və ictimaiyyətə əlavə məlumat veriləcəyini də deyib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

İsfahan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.