İQTİSADİYYAT


İranın OPEC ölkələrinin görüşündə iştirakı sual altındadır

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

İran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan dövlətlərin sentyabr ayında Əlcəzairdə qeyri-rəsmi görüşünə qatılmaq barədə qəti qərar qəbul etməyib. İran Neft Nazirliyinin mətbuat katibi bildirib ki, görüşdə neft hasilatının həcmi məsələsini müzakirə etmək nəzərdə tutulub.

Onun sözlərinə görə, hasilatın həcminə dair sazişə qoşulmaq üçün İran əvvəlcə ölkədə neftin hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çatdırmalıdır. İran sentyabr ayında həmin səviyyəyə çatacağını düşünmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.