DÜNYA


İranın Xorasan vilayətində zəlzələ olub

Tehran, 14 may, AZƏRTAC

İranın Şimali Xorasan vilayətində ötən gecə baş verən zəlzələ nəticəsində 2 nəfər həlak olub, yüzdən çox insan xəsarət alıb.

Şimali Xorasan valisinin abadlıq məsələləri üzrə müavini Məhəmməd Hüseyn Əliniya ötən gecə vilayətin fövqəladə hallarla əlaqədar koordinasiya qərargahının iclasında deyib ki, ilkin məlumatlara görə, zəlzələ 5,7 bal gücündə olub. Yüzlərlə evə zərər dəyib. Onun sözlərinə görə, bütün xilasedici dəstələri tam hazır vəziyyətdə hadisə yerindədir. Bölgədə 9 yeraltı təkan qeydə alınıb.

Hazırda hadisə yerində çalışan xilasedicilər dağıntılar altında qalanları çıxarırlar. Ölənlərin sayının artacağı ehtimal edilir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.