CƏMİYYƏT


İranın nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

A+ A

Bakı, 27 dekabr, AZƏRTAC

Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 27-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.