DÜNYA


İranın sabiq prezidenti vəfat edib

Bakı, 8 yanvar, AZƏRTAC

İranın Məqsədəuyğunluq Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani dünyasını dəyişib.

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, Rəfsəncani bu gün ürək tutması səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Sabiq prezidentin 82 yaşında xəstəxanada keçindiyi bildirilir.

Əkbər Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti, 1980-1989-cu illərdə parlamentin sədri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.