İDMAN


İranlı ağır atlet dünya rekordunu yeniləməklə “Rio-2016”nın qızıl medalını qazanıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

“Rio-2016” Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarının kişilər arasında 85 kiloqram çəki dərəcəsində iranlı Kianoş Rostami qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, K.Rostami 396 kiloqram (birdən qaldırma–179 kq, təkanla qaldırma-217 kq) nəticə ilə dünya rekordunu yeniləyib.

Yarışda Çin təmsilçisi Tao Tian iki hərəkətin cəmində 395 kiloqramlıq nəticə göstərməklə “Rio-2016”nın gümüş, rumıniyalı Qabriyel Sinkrain isə 390 kiloqram qaldıraraq bürünc medalına yiyələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.