DÜNYA


İranlı kinorejissor Abbas Kiyarüstəmi vəfat edib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Dünya şöhrətli iranlı kinorejissor Abbas Kiyarüstəmi vəfat edib.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 76 yaşlı rejissor Parisdə haqq dünyasına qovuşub.

Qeyd edək ki, görkəmli kinorejissor 1940-cı ildə Tehranda anadan olub. 1970-ci ildən sənət karyerasına başlayan A. Kiyarüstəmi 40-dan çox ekran əsəri ərsəyə gətirib. Rejissor 1997-ci ildə “Albalı dadı” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı” mükafatına layiq görülüb. Onun “Albalı dadı”, “Dostumun evi haradadır”, “Zeytun ağacları altında”, “Həyat davam edir” və “Külək bizi sürükləyəcək” filmləri İran kino tarixinin ən yaxşı filmləri sırasında yer alır. Rejissorun “Külək bizi sürüyəcək” filmi Venesiya Beynəlxalq Film Festivalında “Böyük jüri mükafatı”na layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.