DÜNYA


İranlı sahibkarlar Marneuliyə səfər ediblər

Tbilisi, 20 iyul, AZƏRTAC

İran İslam Respublikasının Zəncan vilayətinin Kooperativlər Palatasının nümayəndə heyəti Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, iranlı qonaqlar Marneuli rayonunun icra hakimiyyətinin, bələdiyyəsinin başçıları, bu bölgədən Gürcüstan parlamentinə seçilmiş deputatları, Kvemo Kartli İnkişaf Agentliyinin rəhbərliyi ilə görüşüb, rayonun iqtisadi imkanlar, müəssisə və təsərrüfatların potensialı ilə maraqlanıblar.

Görüşdə sintetik qabların hazırlanması, balıqçılıq, texniki duz istehsalı, səhiyyə və digər sahələrə sərmayə qoyulması imkanları müzakirə olunub.

İcra başçısı Merab Topçişvili Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və başqaları qonaqlara bölgənin iqtisadi imkanları barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Marneuli həm kənd təsərrüfatı, eləcə də sənayeni digər sahələrinin inkişafı üçün geniş imkanlara malikdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.