MƏDƏNİYYƏT


İranlı turistlər üçün “Odlar diyarı - Azərbaycan” adlı jurnal nəşr olunub

A+ A

Tehran, 7 sentyabr, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Eligəşt” turizm şirkəti tərəfindən fars dilində “Odlar diyarı- Azərbaycan” adlı jurnal nəşr olunub.

Jurnalda ölkəmizin paytaxtı Bakı şəhəri ilə yanaşı, regionların da turizm potensialı əks etdirilib. Azərbaycanın gəzməli-görməli yerləri, mətbəximiz və milli adət-ənənələrimiz haqqında geniş məlumat da jurnalda yer alıb.

Nəşrdə, həmçinin Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi və memarlıq abidələri, muzeyləri və təbiəti haqqında oxuculara geniş məlumat verilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın qədim diyarıdır. İran ilə həmsərhəd olan Naxçıvan özünün tarixi abidələri, təbiəti və coğrafi mövqeyi ilə turistlər üçün cəlbedicidir.

Jurnalda Azərbaycanda Novruz bayramı və ilaxır çərşənbənin xüsusi qeyd edilməsi barədə də maraqlı yazı var.

Bundan başqa, nəşrdə Azərbaycanda beynəlxalq idman yarışlarının keçirildiyi də vurğulanıb. Nəzərə çatdırılıb ki, Formula-1 Avropa Qran prisi cari ilin iyununda Bakıda uğurla keçirildi.

Həmçinin Bakıda turistlərin ən çox maraq göstərdikləri “Alov qüllələri”, Nizami Gəncəvi və Xalça muzeyləri, Şirvanşahlar sarayı, Atəşgah və digər tarixi-mədəni abidələr haqqında ətraflı məlumat verilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.