İQTİSADİYYAT


İranlılar üçün yeni səyahət mərkəzi

A+ A

Tehran, 1 iyul, AZƏRTAC

İranın “TASNIM news” saytında Bakının turizm potensialından bəhs edən “İranlılar üçün yeni səyahət mərkəzi” adlı məqalə yayılıb.

Məqalədə bildirilir ki, gözəlliyi ilə seçilən Bakı İran turistləri üçün yeni məkandır. Bakı həm də dünyanın neft mərkəzidir. Azərbaycanın neft yataqlarının çoxu bu şəhərin yaxınlığında yerləşir. Bakı son 10 ildə çox dəyişərək gözəlləşib. Bu yaxınlarda Bakıda Formula-1 Avropa Qran-pri yarışı keçirildi. Ümumiyyətlə, Azərbaycan hökuməti Bakıda böyük beynəlxalq tədbirlərin keçirilməsinə nail olur ki, bu da ölkənin dünya miqyasında təbliğ olunmasına və xarici turistlərin cəlb edilməsinə xidmət edir.

Bakıda Opera və Balet Teatrının və orta əsrlərə aid tarixi qalaların mövcudluğunu vurğulayan müəllif şəhərin mülayim iqlimə malik olduğunu diqqətə çatdırır.

Qeyd olunur ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və Bakı şəhərinin sakinləri rahat şəraitdə yaşayırlar.

Məqalədə iranlılara Bakıya turist səyahəti etmələri tövsiyə olunur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.