DÜNYA
İraq: İŞİD Mosul ətrafındakı mövqelərini itirir
Bakı, 21 oktyabr, AZƏRTAC
İraq ordusu və kürd dəstələri Mosul şəhəri istiqamətində gözləniləndən daha sürətlə irəliləyir. İŞİD şəhər ətrafındakı mövqelərini bir-birinin ardınca əldən verir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, üç gün ərzində hökumət qoşunları ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava dəstəyi ilə İŞİD yaraqlılarının nəzarətində olan 30 yaşayış məntəqəsini, o cümlədən əməliyyat üçün strateji əhəmiyyətə malik Bartalla şəhərini geri qaytarıblar.
Mosul üzərinə hücumlar gücləndikcə, şəhəri tərk edən sakinlərin sayı da artır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, son sutka ərzində təxminən 5,5 min nəfər öz evini tərk etmək məcburiyyətində qalıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi İraqda, əsasən də Mosul ətrafında vəziyyətin gərginləşməsinin milyona yaxın insanın qaçqın durumuna düşməsinə gətirib çıxaracağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]