İQTİSADİYYAT


İraq: OPEC nazirləri hasilatın azaldılmasında həmfikirdirlər

A+ A

Bakı, 30 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin enerji nazirləri neft hasilatının azaldılması məsələsində həmfikirdirlər.

AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, bunu İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi Vyanada jurnalistlərə müsahibəsində deyib.

İraqlı nazir qarşıdakı altı ay ərzində həyata keçiriləcək istehsalın azaldılmasını izləmək üçün komitənin yaradılacağını qeyd edib. O, neft hasilatının azaldılması nəticəsində qiymətin 55 dollar/barreli ötəcəyini deyib.

Cabbar Əli əl-Layibi İraqın neft hasilatını azaltmağa hazır olduğunu, lakin istehsal miqdarının nə qədər olacağına qərar verilmədiyini bildirib.

Əlcəzairin enerji naziri Nurəddin Butarfe isə ölkəsinin neft hasilatını azaltmağa hazır olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.