Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli Prezident,

Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və Qadir Allahdan bu bayram münasibətilə xalqlarımıza və ölkələrimizə əmin-amanlıq, sabitlik, rifah diləyir, Sizə işlərinizdə uğurlar arzulayıram. Allah eşidən və dualara cavab verəndir!

Zati-aliləri, dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Heydər Əl-İbadi

İraq Respublikası Nazirlər Kabinetinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin