DÜNYA
İraq Türkiyəyə neft nəqlini iki dəfəyədək artıracaq
Bakı, 22 avqust, Nihad Budaqov, AZƏRTAC
İraqın Kərkük-Ceyhan boru kəməri ilə Türkiyəyə nəql etdiyi xam neftin həcmini iki dəfəyədək artırılacağı bildirilir.
AZƏRTAC “enerjienstitusu.com”a istinadla xəbər verir ki, artıq İraq ilə Türkiyə arasındakı neft daşınması normal vəziyyətə qayıdıb. İraq gələn həftədən Kərkük-Ceyhan boru kəməri ilə Türkiyəyə nəql etdiyi xam neftin həcmini gündəlik 150 min barrelə çatdıracaq.
Qeyd edək ki, İraq hökuməti ilə İraq kürd muxtar regionu arasında yaranan anlaşılmazlıq ilə əlaqədar xam neftin nəqli dayandırılan Kərkük-Ceyhan boru kəmərindən beş aydan sonra, avqustun 18-dən neft daşınmasına yenidən başlanılıb.
Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadi mart ayında Kərkük neftinin Ceyhan limanına daşınmasının dayandırılması ilə bağlı göstəriş vermişdi.