DÜNYA


İraq beynəlxalq şirkətlərin neft-qaz hasilatını və ixrac həcmini artırması ilə bağlı fəaliyyətlərini dəstəkləyir

A+ A

Bakı, 23 avqust, Nihad Budaqov, AZƏRTAC

İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi bu ölkədə fəaliyyət göstərən xarici şirkətlərini neft hasilatını və ixrac həcmini artırmağa çağırıb.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, nazir bu addımın ölkənin gəlirlərini artırmaq məqsədi daşıdığını deyib. O, beynəlxalq şirkətlərin neft-qaz hasilatını və ixrac həcmini artırması ilə bağlı fəaliyyətlərini dəstəklədiyini bildirib.

Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) məlumatına görə, İraq bu ilin iyul ayında gündəlik 4,3 milyon barrel neft istehsal etməklə hasilat həcmini iyun ayı ilə müqayisədə 74,8 min barrel artırıb. Həmçinin İraq OPEC-də Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft istehsalçısıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.