DÜNYA


İraq hərbçiləri qərbi Mosulun daha iki rayonunu yaraqlılardan təmizləyib

Bakı, 20 aprel, AZƏRTAC

İraq hərbçiləri cümə axşamı günü qərbi Mosulun daha iki rayonunu İŞİD yaraqlılarından geri alıb.

AZƏRTAC France Press agentliyinə istinadla xəbər verir ki, güc strukturları At-Tavra rayonunu tamamilə azad ediblər. Əməliyyatların birləşmiş komandanlığı, həmçinin Nasr rayonunun azad olunduğunu bildirib.

Hazırda İraq hərbçiləri və başda ABŞ olmaqla beynəlxalq koalisiya Mosulun İŞİD-dən azad edilməsi uğrunda əməliyyatları davam etdirir. Hökumət qüvvələri hələ mart ayında Mosulda terrorçuların tam mühasirəyə alındığını və onların Suriyadakı yaraqlılarla əlaqələrinin kəsildiyini bəyan etmişdi. Güc strukturları şəhərin qərb hissəsinin üçdəikisinin nəzarətə alındığını bildirmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.