DÜNYA


İraq hökuməti ABŞ-ı Mosul sakinlərinə təzminat ödəməyə çağırıb

Bakı, 26 may, AZƏRTAC

Pentaqonun mart ayında İŞİD qruplaşmasının mövqelərinə endirilən hava zərbələri nəticəsində 100-dən çox dinc sakinin həlak olması faktını qəbul etdikdən sonra İraq hökuməti ABŞ-ı zərər çəkən Mosul əhalisinə təzminat ödəməyə çağırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mayın 25-də Pentaqon beynəlxalq koalisiyanın martın 17-də qərbi Mosulu bombardman etməsi nəticəsində ən azı 101 dinc sakinin qətlə yetirilməsi faktını təsdiq etməsi barədə bəyanat yayıb.

Qeyd edək ki, 2014-2015-ci illərdə İŞİD qruplaşması Ənbar əyalətinin böyük hissəsini ələ keçirməyə müvəffəq olub. Lakin son zamanlar İraq ordusu bir çox rayonu nəzarətə götürə bilib. Hazırda əyalətin Suriya ilə sərhəddə yerləşən bəzi əraziləri qruplaşmanın əlindədir.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni vaxtda bir neçə güc strukturu, həmçinin Mosul şəhərinin azad edilməsi üçün hücum əməliyyatları aparır. Şəhərin şimalında kürdlərin silahlı birləşmələri yerləşdirilib. Eyni zamanda, bu istiqamətdən İŞİD qruplaşmasının İraqdakı “paytaxtına” doğru federal polis qüvvələri irəliləyir. Bölgədə fəaliyyət göstərən “Əl-Həşd əş-Şəəbi” şiə qruplaşmasının yaraqlıları isə şəhərin cənub-qərb istiqamətində hücumlara dəstək verir.

Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də başlayıb. İraqın ən böyük ikinci şəhəri və 1,3 milyon əhalisi olan Mosul iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.