DÜNYA


İraq ilə Misir birgə neft şirkətləri təsis edəcəklər

A+ A

Bakı, 1 noyabr, Nihad Budaqov, AZƏRTAC 

İraq ilə Misir neft sahəsində qazma, emal və satışı həyata keçirəcək birgə investisiya şirkətlərinin yaradılmasına dair ilkin razılıq sənədi imzalayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi Misirin neft naziri Tarık əl-Molla ilə Bağdadda keçirdiyi mətbuat konfransında məlumat verib.

Cabbar Əli əl-Layibi sənədin özəl sektor vasitəsilə zavodlara investisiyanı, infrastrukturun inkişaf etdirilməsini, təbii qaza investisiya və işçi qüvvəsinin öyrədilməsi imkanlarını ehtiva etdiyini söyləyib.

Misirin neft naziri isə iki ölkə arasında birgə şirkətlərin qurulmasının neft sənayesini daha yaxşı bir səviyyəyə qaldıracağını qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.