İQTİSADİYYAT


İraq neft hasilatını artırmağı hədəfləyir

A+ A

Bakı, 23 noyabr, Nihad Budaqov, AZƏRTAC

Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar İraq büdcəsində kəsir yaranıb və ölkə neft istehsalını artırmağı hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim Cəfəri deyib.

“Neft istehsalı üzrə gəlirlər İraq büdcəsinin 90 faizini təşkil edir. Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar İraq büdcəsində kəsir yaranıb. İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində ölkənin hərbi xərcləri artıb. Beynəlxalq qurumların anlayışına ehtiyacımız var. Çünki bu vəziyyətdə neft hasilatını artırmaq lazımdır”.

Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük ikinci istehsalçısı olan İraq neft bazarında sabitliyi yaratmaq üçün həyata keçirilməsi nəzərdə tutulan hasilatın miqdarının məhdudlaşdırılması ilə bağlı razılığa qarşı çıxmışdı. Ötən ay İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi ölkəsinin hasilatın məhdudlaşdırılması təşəbbüsünə qoşulmayacağını bəyan etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.