İQTİSADİYYAT
İraq neft hasilatının azaldılmasına dair sazişdən çıxa bilər
Bakı, 21 aprel, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatına görə ikinci böyük ölkəsi olan İraq neft hasilatının azaldılmasını nəzərdə tutan sazişdən çıxa bilər.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bunu İraq Milli Alyansının lideri, hakim şiə koalisiyasının rəhbəri Əmmar əl-Hakim deyib.
“Terrorçu qruplaşmalarla mübarizə aparmaq üçün İraqın neft gəlirlərinə ehtiyacı var. Bu vəziyyət nəzərə alınmaqla İraq haqlı olaraq OPEC-in onun üçün istisna edəcəyinə inanır”, - deyə o bildirib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]