DÜNYA


İraq ordusu Mosulun 6 rayonunu İŞİD-dən geri alıb

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

İraqın hökumət qüvvələri Mosul şəhərinin şərqində yerləşən 6 rayonu İŞİD qruplaşmasından geri alıb. Bu barədə hərbi əməliyyatlara komandanlıq edən general-leytenant Əbdüləmir Yarallah məlumat verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, komandirin sözlərinə görə, noyabrın 4-də Əl-Məlain, Əs-Səmah, Əl-Hədra, Kərküklü, Əl-Qüds və Əl-Kəramə məhəllələri hökumət qüvvələrinin nəzarətinə keçib.

Xatırladaq ki, Mosul uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyası da iştirak edir. İraqın ən böyük ikinci şəhəri olan Mosul iki ildən çoxdur ki, İŞİD-in nəzarəti altındadır və qruplaşmanın İraqdakı əsas dayaq məntəqəsi sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.