DÜNYA


İraq ordusu Qaraquş rayonunda bəzi bölgələri ələ keçirib

A+ A

Bakı, 23 oktyabr, AZƏRTAC

İraq silahlı qüvvələri Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatları çərçivəsində Qaraquş rayonunda bəzi bölgələri ələ keçirib, şəhərin şimalında isə 112 yaraqlı öldürülüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ordu komandanlığının dövlət televiziyasında yayılan məlumatına görə, hərbi birləşmələr Mosul şəhər mərkəzindən 20 kilometr cənub-şərqdə yerləşən rayonun azad edilən hissələrində axtarış-təmizləmə əməliyyatı aparırlar. Həmçinin şəhərin cənubundakı Eş-Şura qəsəbəsində 5 terrorçu-kamikadze zərərsizləşdirilib.

Bu arada əməliyyat bölgəsində çəkilış aparan “Al-Sumariya” televiziyasının operatoru Əli Risan snayper atəşi nəticəsində həlak olub. Bir gün əvvəl isə “Türkməneli” telekanalının xəbər şöbəsinin müdiri Əhməd Nəcməddin Həcəroğlu eyni aqibəti yaşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.