DÜNYA


İraq paytaxtında törədilən terror aktı nəticəsində ölənlərin sayı 126-ya çatıb

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

İŞİD terror təşkilatı tərəfindən Bağdadın mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 126-ya çatıb.

AZƏRTAC “CNN”ə istinadla xəbər verir ki, ölənlərin 25-i uşaqdır. Terror hadisəsi nəticəsində 147 nəfər xəsarət alıb.

Qeyd edək ki, son günlər İŞİD-ə qarşı uğurlu hərbi əməliyyatları davam etdirən hökumət qüvvələri bir neçə yaşayış məntəqəsini azad edib. Hökumət qüvvələri Mosul ətrafında üç kəndi İŞİD terrorçularından təmizləyib. Əməliyyatlar zamanı 29 terrorçu öldürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.