DÜNYA


İraq qoşunları bir neçə saatdan sonra Mosula girə bilər

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

İraq qoşunları Mosuldan 800 metr məsafədədir və bir neçə saatdan sonra şəhərə girə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi ordu komandirlərindən birinə istinadla məlumat yayıb.

Xatırladaq ki, iki ilə yaxındır İŞİD terror qruplaşmasının nəzarətində olan Mosula genişmiqyaslı hücum oktyabrın 17-dən başlayıb. Hərbi əməliyyatlar İraq hərbçiləri və polis qüvvələri, həmçinin kürd dəstələri tərəfindən ABŞ başda olmaqla beynəlxalq koalisiya aviasiyasının dəstəyi ilə aparılır.

İraqın hökumət qüvvələri qazanılmış nailiyyətləri möhkəmlətmək məqsədi daşıyan üçgünlük fasilədən sonra bazar ertəsi günü Mosul üzərinə hücumları bərpa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.