SİYASƏT


İraq səfiri: Azərbaycan da terrorla mübarizədə bizə dəstək olub

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 14-də İraqın Azərbaycandakı səfirliyi Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, səfir Fədhil Avad Jebur Al-Şuvaili Mosulun 2014-cü ilin iyunundan İŞİD terror qruplaşması tərəfindən zəbt edildiyini xatırladıb. Qeyd edib ki, bu terror təşkilatı İraq xalqına qarşı tarixdə görülməyən qəddar qətllər törədib və insanlara dəhşətli işgəncələr verib. Mosulda qazanılan qələbə, bir çox dünya ölkələrindən olan mülki vətəndaşlara qarşı yönəlmiş radikal qruplaşma şəbəkəsini məhv etməyə istiqamətlənmiş səylərin nəticəsidir, İŞİD-in sonunun yaxınlaşdığına sübutdur.

Bütün dünya dövlətlərinin terrorizmdən əziyyət çəkdiyini, bu dəhşətli bəlaya qarşı səyləri birləşdirməyin vacibliyini vurğulayan diplomat deyib: “İŞİD tərkibində 100-dən çox ölkə nümayəndəsi döyüşür. Mosulun azad olunması hər şeydən əvvəl insanlığın azad edilməsidir. Bir çox dövlətlər bizə kömək edib. Bu, təkcə bizim yox, bizə kömək edənlərin qələbəsidir. Azərbaycan da terrorçuluqla mübarizədə bizə dəstək olub”.

Səfir İraq hökumətinin qarşısında duran prioritet məsələlər arasında Mosulun bərpa edilməsi və qaçqınların şəhərə qayıtması kimi məsələlərin olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.