DÜNYA


İraqda İŞİD-dən qaçan insanlar minaya düşüblər: 5 ölü, 10 yaralı

Bakı, 28 yanvar, AZƏRTAC

İraqda İŞİD terror təşkilatının nəzarətindəki bölgədən qaçmağa çalışan insanların minaya düşmələri nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, yaralananlar arasında qadın və uşaqlar da var.

Qeyd edək ki, İraqın Kərkük şəhərinin 6 qəsəbəsi və yüzlərlə kəndi 2014-cü ildən İŞİD-in nəzarətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.