DÜNYA


İraqda mühakimə olunmuş terrorçular təxirə salınmadan edam ediləcək

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

İraqın baş naziri Heydər əl-Abadi ölkədə mühakimə edilən bütün terrorçuların edam cəzalarının təxirə salınmadan icra olunmasına dair göstəriş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İraqın baş naziri müvafiq göstərişi Ədliyyə Nazirliyinə təqdim edib.

Xatırladaq ki, iyulun 2-dən 3-ə keçən gecə Bağdadın mərkəzində çox sayda restoran və ticarət mərkəzinin yerləşdiyi Əl-Karrada rayonunda iki dəhşətli terror hadisəsi baş verib. Son məlumata görə, partlayışlar nəticəsində ölənlərin sayı 210 nəfərə çatıb, 200-dən çox insan yaralanıb. Hadisə ilə bağlı İraqda 3 günlük matəm elan edilib.

Partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.